Azərbaycanın Qazaxıstandakı səfirliyində Ümummilli liderin anım tədbiri keçirilib

Azərbaycanın Qazaxıstandakı səfirliyində Ümummilli liderin anım tədbiri keçirilib
# 12 dekabr 2023 11:29 (UTC +04:00)

Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycan Respublikasının Qazaxıstandakı Səfirliyində tədbir keçirilib.

APA-nın Orta Asiya müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli liderinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və qonaqlar Ulu Öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül və çiçək dəstələri qoyublar.

Tədbirdə çıxış edən səfir Ağalar Atamoğlanov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, Azərbaycanın rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında geniş məlumat verib.

Əhməd Əkbərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR