Los Ancelesdə Zəfər Günü qeyd olunub

Los Ancelesdə Zəfər Günü qeyd olunub
# 09 noyabr 2023 13:56 (UTC +04:00)

Zəfər Günü Azərbaycanın Los Anceles şəhərindəki Baş Konsulluğunda qeyd olunub.

Azərbaycanın Los Anceles şəhərindəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, diplomatik nümayəndəlik tərəfindən keçirilən tədbirdə müxtəlif xarici ölkələrin baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri, həmçinin dost türk, yəhudi, pakistan və digər icmaların rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbir müharibə zamanı şəhid olmuş həmvətənlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb və daha sonra Amerikalı sənətçi Demetra George Mustafaoğlu Azərbaycan və ABŞ himnlərini ifa edib.

Tədbirdə çıxış edən Azərbaycanın baş konsulu Ramil Qurbanov Ermənistan- Azərbaycan münaqişəsi, Qarabağın tarixi, torpaqlarımızın işğal olunması barədə qonaqlara məlumat verib. Bununla yanaşı, Azərbaycanın dünyanın ən sürətlə çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, İkinci Qarabağ Müharibəsinin başlaması səbəbləri və Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyini, 2023-cü ildə suverenliyimizin tam bərpa edilməsi ilə tarixi ədalətin əldə olunduğunu qeyd edib və bu gün həmin ərazilərdə bərpa və quruculuq işlərinin aparıldığını vurğulayıb. Eyni zamanda Azərbaycanın regional sülhə hazır olduğu və bunun üçün vacib addımlar atdığı bildirilib.

Tədbirdə, həmçinin Zəfər Günü ilə bağlı hazırlanmış qısa film nümayiş etdirilib. Qonaqlar Azərbaycan mətbəxinin ləziz təamları və şirniyyatlarını dadıb, həmçinin qonaqlara Zəfər Salnaməsi kitabı hədiyyə edilib. Tədbir böyük maraqla qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR