Moskva vilayətində “Azərbaycan rusiyalı məktəblilərin və tələbələrin gözü ilə” müsabiqəsi keçirilib

Moskva vilayətində “Azərbaycan rusiyalı məktəblilərin və tələbələrin gözü ilə” müsabiqəsi keçirilib
# 20 dekabr 2023 12:09 (UTC +04:00)

Moskva vilayətində “Azərbaycan rusiyalı məktəblilərin və tələbələrin gözü ilə” adlı müsabiqə keçirilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Moskva vilayəti Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyəti tərəfindən təşkil olunan müsabiqə proqramının tədbirləri vilayətin İstra və Dolqoprudnı şəhərlərində baş tutub.

Müsabiqədə internat məktəblərinin, eləcə də ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib, öz yaradıcılıq işlərini, tamaşalarını təqdim ediblər. Onlar Azərbaycanın tarixi və mədəniyyəti haqqında öz biliklərini bölüşüblər.

Müsabiqədə iştirak edən hər bir iştirakçı xatirə hədiyyələri ilə mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR