Moskvada Həzi Aslanov adına Veteranlar Təşkilatı yaradılıb - FOTO

Moskvada Həzi Aslanov adına Veteranlar Təşkilatı yaradılıb - FOTO
# 13 dekabr 2023 18:02 (UTC +04:00)

Rusiyada iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanov adına Veteranlar Təşkilatı yaradılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu məqsədlə Moskvanın Qərb İnzibati Dairəsinin Oçakovo-Matveevskoye rayonunun Veteranlar Şurasının binasında tədbir keçirilib.

Tədbirdə çıxış edən Moskvanın Qərb İnzibati Dairəsinin Oçakovo-Matveevskoye rayonu Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin sədri Əli Kazımov bildirib ki, Stalinqrad döyüşünün qəhrəmanı Həzi Aslanovun adını daşıyan Veteranlar Təşkilatının Stalinqrad döyüşündəki Qələbənin 80-ci ildönümündə yaradılması əlamətdar hadisədir.

Diaspor sədri general Həzi Aslanov adına Veteranlar Təşkilatının Azərbaycan Milli-Mədəni Muxtariyyəti, Moskva Müharibə Veteranları Komitəsinin İnformasiya Komissiyası və Rusiyanın "Əmək Şücaəti" Ümumrusiya ictimai təşkilatının təşəbbüsü ilə yaradıldığını söyləyib.

Tədbirdə iştirak edən Moskvanın Oçakova-Matveyskoe rayonunun Veteranlar Şurasının sədri kontr-admiral Sergey Streltsov, üzvü general-mayor Valentin Kurnışov, Rusiyaın Ehtiyatda olan Zabitlər İttifaqı sədrinin birinci müavini Anatoli Juravlev və digər veteran hərbçilər Həzi Aslanovun adını daşıyan Veteranlar Təşkilatının yaradılmasının önəmindən, Stalinqrad döyüşünün gedişatını dəyişən azərbaycanlı generalın keçdiyi döyüş yolundan danışıblar.

Tədbir zamanı təşkilatın 2024-cü il üçün iş planı qəbul edilib, Moskva Müharibə Veteranları Komitəsinə daxil olmaq barədə yekdilliklə qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR