Müayinə və texniki xidmətlə əlaqədar qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi cavabdeh olacaq.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.