Qızılbaş Qlobal İrsi Təşkilatı: Başqa ölkələrdə biz təzyiqlərlə üzləşmişik

Qızılbaş Qlobal İrsi Təşkilatı: Başqa ölkələrdə biz təzyiqlərlə üzləşmişik
# 29 noyabr 2023 11:28 (UTC +04:00)

Bakıda “Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə“ beynəlxalq konfransına həsr olunmuş mətbuat konfransı keçirilir

APA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi və Qızılbaş Qlobal İrsi Təşkilatının birgə dəstəyi ilə təşkil edilir.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə“ beynəlxalq konfransı 26-30 noyabr tarixlərində keçilir.

Mətbuat konfransında Qızılbaş Diasporunun nümayəndə heyəti, Kanada, Pakistan, Əfqanıstan, Türkiyə, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən qızılbaş irsinin tədqiqatını aparan mütəxəssislər iştirak edir.

Tədbirin açılış mərasimində çıxış edən Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Cavid İsmayıl qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq xaricdəki Azərbaycan diasporları ilə işin təşkilində yeni uğurlar əldə edilir.

“Dünya üzrə 20 Azərbaycan Evi fəaliyyət göstərir. Yeni Azərbaycan Evlərinin açılışı gözlənir. Həmin Azərbaycan Evlərinin nəzdində olan məktəblərdə azərbaycanlı uşaqlar öz ana dilində təhsil alır. Dünya azərbaycanlılarının bir-biri ilə əlaqəsinin itməməsi üçün bundan sonra da geniş fəaliyyət planı həyata keçiriləcək”.

Azərbaycan Qızılbaş Diasporunun rəhbəri Babək Hüseynli təşkil olunan beynəlxalq konfransın çox uzun sürən bir gərgin işin nəticəsi olduğunu vurğulayıb. Hüseynli qeyd edib ki, bir neçə il öncə Qızılbaş irsinə aid olan şəxslərin bir araya gəlməsi üçün sosial media üzərindən əlaqələr quruldu. Hazırda dünyanın müxtəlif ölkələrində olan Qızılbaş irsinin nümayəndələri arasında sıx əlaqə qurulub.

Qızılbaş Qlobal İrsi Təşkilatının sədr müavini, “Delta Health Group” şirkətinin baş direktoru Arşi Qızılbaş (Kanada) ölkəmizə səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirib:

"Azərbaycanda olmağıma çox şadam. Mən buraya gələndə bu torpağa aid olduğumu, doğmalıq hiss etdim. Qızılbaşların tarixi uzaq keçmişə dayanır. Azərbaycanda biz çox isti münasibət gördük, lakin indiyə qədər başqa ölkələrdə biz təzyiqlərlə üzləşmişik və belə doğma hisslər keçirməmişik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR