Tbilisidə Xocalı soyqırımının ildönümü ilə bağlı aksiya keçirilib - FOTO

Tbilisidə Xocalı soyqırımının ildönümü ilə bağlı aksiya keçirilib - FOTO
# 24 fevral 2022 19:32 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı aksiya keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, aksiya parlament binası, Rustaveli metro stansiyası, Azadlıq meydanı və turistlərin çox olduğu digər məkanlarda təşkil edilib.

İştirakçılar sıyqırımı ilə bağlı gürcü və ingilis dillərində məlumatların yer aldığı 600-ə yaxın qeyd dəftərini, “Xocalıya ədalət!” yazısının olduğu tibbi maska və qələmləri şəhər sakinlərinə və qonaqlara paylayıblar.

Aksiyanın təşkilatçısı Azər Məmmədov bildirib ki, məqsəd Xocalı qətliamı ilə bağlı Gürcüstan ictimaiyyətini, eləcə də Tbilisi şəhərinin qonaqlarını məlumatlandırmadır.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR