Azərbaycan beynəlxalq səviyyədə tanınmış suveren ərazisi olan Qarabağda təhlükəsizliyini təmin etmək üçün antiterror tədbirləri görür.
Bu barədə APA-nın İstanbul müxbirinə açıqlamasında “EDAM” Siyasi araştırmalar mərkəzinin baş analitiki Sine Özkaraşahin bildirib.
O qeyd edib ki, 44-günlük müharibə zamanı olduğu kimi, Azərbaycan yenə “Bayraktar-TB2”, kamikadze və digər dronlardan uğurla istifadə edir.
“Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri Türkiyənin PKK-ya qarşı mübarizəsinə bənzəyir. Azərbaycan erməni ordusunun elektronik hərbi və hava hücumundan müdafiə sistemlərini aradan qaldıraraq özünün təhlükəsizliyini təmin edir. Azərbaycan Müdafiə Nazirliyinin qeyd etdiyi kimi və bizim əldə etdiyimiz digər bilgilərə əsasən deyə bilərik ki, Azərbaycan ordusu sadəcə hərbi texnika və infrastrukturu hədəf alaraq onları sıradan çıxarır” – Özkaraşahin bildirib.
S.Karaşahinin sözlərinə görə, Ermənistanın son zamanlar artan təxribarlarının sayı onu da göstərir ki, Nikol Paşinyan həm ölkənin hərbi-siyasi dairələri, həm də Rusiyanın gözündə artıq “tənha siyasətçidir.