Ukraynada Zəfər Günü ilə bağlı aksiya keçirilib - FOTO

Ukraynada Zəfər Günü ilə bağlı aksiya keçirilib - FOTO
# 09 noyabr 2023 11:25 (UTC +04:00)

Ukraynanın Çernovtsı və Jitomir şəhərlərində Azərbaycanın Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, Ukrayna Azərbaycanlıları Konqresinin yerli təşkilatlarının təşəbbüsü ilə Çernovtsı və Jitomir şəhərlərinin mərkəzi küçələrində quraşdırılmış bilbordlarda 8 Noyabr tarixinin Azərbaycanın Zəfər Günü olduğuna diqqət cəlb edilib.

Bilbordlarda “Qarabağ Azərbaycandır!” şüarı, Şuşanın azadlıq rəmzi olan “Xarıbülbül”ün və Azərbaycanın Dövlət Bayrağının şəkilləri əks olunub.

Məlumatlandırma aksiyasının bir neçə gün davam etdirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR