Bank Of Baku

Xaricdə yaşayan bir qrup azərbaycanlı jurnalist beynəlxalq təşkilatlara müraciət edib

Xaricdə yaşayan bir qrup azərbaycanlı jurnalist beynəlxalq təşkilatlara müraciət edib
# 07 iyun 2021 11:13 (UTC +04:00)

Xaricdə yaşayan bir qrup azərbaycanlı jurnalist Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimovun  iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olması ilə bağlı beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciət edib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir:

“Media nümayəndələri  müharibə bölgəsində, eləcə də müharibənin başa çatdığı ərazilərdə işləmək, tərəfsiz və obyektiv məlumat yaymaq, münaqişə zonası ilə digər tərəflər arasında körpü olmaq kimi önəmli rola malikdir. 

Böyük təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimov  iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olublar. 

Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət etdiyi yolda  tank əleyhinə minaya düşməsi nəticəsində ümumilikdə üç nəfər həlak olub, dörd nəfər isə ağır bədən xəsarətləri alıb.

Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılarının basdırdığı minalara düşüb və onlardan 27-si həlak olub.

Baş verən faciə göstərir ki, Ermənistan hələ də regionda məkrli siyasətini davam etdirir, işğaldan azad olunmuş Azərbaycan ərazilərində müxtəlif yollarla minalanma prosesini həyata keçirir. Beləliklə, regionda mülki şəxslərin, xidməti vəzifələrini yerinə yetirən media mənsublarının  həyatı üçün ciddi təhdidlər mövcuddur və belə bir vəziyyət biz jurnalistləri dərindən narahat edir.

Təəssüflə qeyd edirik ki, bir çox hallarda jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları, jurnalist birlikləri baş verən cinayət faktları ilə bağlı heç bir reaksiya vermir, susmaqda davam edirlər. Beynəlxalq insan hüquqları təşkilatlarının, jurnalist birliklərinin mülki şəxslərin, o cümlədən  media təmsilçilərinin fəaliyyətinə əngəl törədən, həyatlarına son qoyan belə hüquq və qanun pozuntularına etinasız qalması bütün dünyada bu cür cinayət hallarının artmasına rəvac verə bilər.

Biz xaricdə yaşayan azərbaycanlı jurnalistlər olaraq,  BMT, Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatlara, o cümlədən, Amnesty International və Human Rights Watch insan haqları qruplarına müraciət edərək bildiririk ki,  Ermənistan silahlı qüvvələri  işğal etdiyi və 44 günlük müharibə nəticəsində azad olunmuş Azərbaycan ərazilərinin mina xəritələrini verməməklə və hazırda da gizli yollarla ölkə ərazisinə daxil olaraq minalanma prosesi aparmaqla humanitar norma və prinsipləri kobudcasına pozur, beynəlxalq insan haqlarını ayaqlar altına atır.

Ermənistanın bu cinayətkar əməlləri nəticəsində mülki şəxslərin, media təmsilçilərinin  həyatına son qoyulduğunu bir daha diqqətə çatdırır, işğalçı dövlətdən 30 il əsarət  altında saxladığı Azərbaycan ərazilərində basdırdıqları minaların xəritələrinin açıqlanmasını və beynəlxalq qanunlarla müəyyən olunan sərhədlərimiz daxilində bu gün də həyata keçirdiyi minalanma prosesini dayandırmasını, beynəlxalq ictimaiyyətin,  jurnalist təşkilatlarının  baş verənlərə duyarlı olmasını tələb edirik”.

Məmməd Gülməmmədov      Türkiyə    Haber Global     
Sevil Nuriyeva                Türkiyə     Türkmedia Grup    
Natiq Nailəoğlu                Türkiyə    Real TV 
Nigar Mahmudova           Türkiyə    Haber Global     
İlhamə Qasımlı                  Türkiyə        müstəqil jurnalist    
Məhsəti Şərif                       Türkiyə    müstəqil jurnalist    
Könül Şamilqızı                 Türkiyə    müstəqil jurnalist    
Nigar Ögeday                        Türkiyə    müstəqil jurnalist        
Vüqar Abbasov                  Niderland    connect təşkilatının rəhbəri, jurnalist
Xatirə Sərdarqızı                  Niderland    Real TV    
Tünzalə Rafiqqızı                  Almaniya     müstəqil jurnalist     
Fərahim Qasımov                  Almaniya     xeber.de     
Vahid İmanov                          İspaniya    müstəqil jurnalist
Səadət Kadırova          Rusiya    politoloq, jurnalist        
Şəhriyar İmanbəyli         Rusiya    “Vostok”media-holdinqin vitse-prezidenti    
Xəyal  Tağıyev          Rusiya     müstəqil jurnalist    
Nilufər Şıxlı              Rusiya     Ria Novosti    
Ramiz Məşədihəsənli      Qazaxıstan     Türkel Media    
Əsli Xəlilqızı             Türkiyə    müstəqil jurnalist    
Azər Cahangirov          Rusiya     beynəlxalq jurnalist
Nailə Əfəndiyeva         Rusiya     polska.ru saytının redaktoru    
İdrak Abbasov         Norveç     İctimai Teleradio Şirkəti    
Azər Məmmədov         Gürcüstan    müstəqil jurnalist    
Hicran Əliyeva         Polşa        müstəqil jurnalist    
Vahid Qazi            İsveç         müstəqil jurnalist    
Müseyib  Ələkbərov        Rusiya     news.ru saytının redaktoru
Oqtay Hacımusalı                  Türkiyə    müstəqil jurnalist
İlkin Hüseynov                       Gürcüstan    aktual.ge
Nahid Qurbanov                     Gürcüstan     interpress.ge
Ülkər Fərmanqızı        Türkiyə    voicepress.com.tr

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR