AŞPA prezidenti Xədicə İsmayılovanın azadlığa buraxılmasını alqışlayıb

AŞPA prezidenti Xədicə İsmayılovanın azadlığa buraxılmasını alqışlayıb
# 25 may 2016 17:03 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycanda Ali Məhkəmənin tədqiqatçı jurnalist Xədicə İsmayılovanın azadlığa buraxılması barədə qərarını alqışlayıram”.

APA-nın məlumatına görə, bu barədə AŞPA prezidenti Pedro Aqramuntun bəyanatında deyilir.

O əlavə edib ki, daha əvvəl bir çox tanınmış jurnalistin və insan haqları müdafiəçisinin azadlığa buraxılmasının ardından gələn bugünki qərar Azərbaycanın dönüş nöqtəsində olması ilə bağlı inamını bir daha təsdiqləyir: "Mən ölkəni bu müsbət cığırda davam etməyə çağırıram”.

Avropa Parlamentinin prezidenti Martin Şultz da Xədicə İsmayılovanın azadlığa buraxılması qərarını alqışlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR