“KapitalBank” Kürdəmir filialının keçmiş müdiri haqqında cinayət işi açılmasına münasibət bildirib

“KapitalBank” Kürdəmir filialının keçmiş müdiri haqqında cinayət işi açılmasına münasibət bildirib
# 22 may 2014 10:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “KapitalBank” ASC-nin mətbuat xidməti bankın Kürdəmir rayon filialının keçmiş müdiri Əlimövsüm Ağayev barəsində cinayət işinin açılması haqqında Baş Prokurorluğun yaydığı xəbərə aydınlıq gətirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2008-ci ilə aid bu pozuntu bir neçə ay əvvəl Kürdəmir rayon filialında aparılmış bankdaxili yoxlama zamanı üzə çıxarılıb.

Bank tərəfindən faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma nəticəsində cinayət işi açılıb.

Bankın açıqlamasında o da bildirilib ki, məlumatda adı çəkilən Ə.Ağayev 6 aprel 2012-ci ildən “KapitalBank”da çalışmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR