İranın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə yeni müşaviri fəaliyyətə başlayıb

İranın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə yeni müşaviri fəaliyyətə başlayıb
# 19 fevral 2014 10:52 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. İranın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə yeni müşaviri İbrahim İbrahimi fəaliyyətə başlayıb.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. Onun sözlərinə görə, İ.İbrahimi bu vəzifədə üç il çalışacaq.

Səfir İ. İbrahimini mədəniyyət sahəsində təcrübəli bir şəxs kimi xarakterizə edib: “İ.İbrahimi əslən Təbrizdəndir, vaxti ilə İran parlamentində koordinator vəzifəsində çalışıb. Düşünürəm ki, onun buradakı fəaliyyəti uğurlu olacaq”.

Mayda İranda keçiriləcək Azərbaycan mədəniyyət günləri barədə danışan səfir bu təşəbbüsü alqışladığını deyib: “Ümid edirik ki, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, həmçinin kino, teatr və digər sahələrdə çalışan insanlar bu tədbirlərdə iştirak edəcəklər, əlaqələrimizin daha da inkişaf etdirilməsinə töhfələr verəcəklər”.

Qeyd edək ki, bu vəzifədə İ.İbrahimi İbrahim Nurini əvəz edəcək.

Səfir onu da bildirib ki, Azərbaycanın məşhur tarzənı Ramiz Quliyev hal-hazırda Tehranda konsert proqramı ilə çıxış edir və onun konsertləri böyük marağa səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR