ADU-da yazıçı Natiq Rəsulzadə ilə görüş keçirilib

ADU-da yazıçı Natiq Rəsulzadə ilə görüş keçirilib
# 04 mart 2014 09:24 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Dillər Universitetində (ADU) yazıçı Natiq Rəsulzadə ilə görüş keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin prorektoru, professor Dünyamin Yunusov N.Rəsulzadə haqqında tələbələrə məlumat verib, onunla görüşü universitetin mədəni həyatında əlamətdar hal kimi dəyərləndirib. O qeyd edib ki, ADU-da yazıçılarla görüşlərin təşkil olunması ənənə halını alıb.

Görüşdə N.Rəsulzadənin həyat və yaradıcılığından ibarət videoçarx nümayiş olunub, mərhum akademik Bəkir Nəbiyevin, xalq yazıçıları Anarın, Çingiz Abdullayevin yazıçı haqqında dediyi fikirlər səsləndirilib. Universitetin tələbələri yazıçının əsərlərindən parçaları fransız, rus dillərində səsləndiriblər, kiçik səhnəciklər nümayiş etdiriblər.

Görüşdə çıxış edən N.Rəsulzadə tələbə və gənclərlə görüşməkdən məmnun olduğunu bildirib, onların suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR