Azərbaycanda pul bazası azalıb

Azərbaycanda pul bazası azalıb
# 04 mart 2014 12:50 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2014-cü il martın 1-nə 11 136,0 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2013-cü il martın 1-nə nisbətən bu göstərici 1 093,9 mln. manat və ya 10,9% artıb.

Eyni zamanda, bu ilin yanvar-fevral aylarında pul bazası 505,9 mln. manat və ya 4,3% azalıb.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və kommersiya banklarının mərkəzi bankda saxlanılan vəsaitləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR