Deputat İsmayıllıda seçiciləri ilə görüşüb - FOTO

Deputat İsmayıllıda seçiciləri ilə görüşüb - <span style="color: red;">FOTO
# 07 mart 2014 07:27 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunun Külüllü kəndində seçicilərlə görüş keçirib. Deputatın qərargahından APA-ya verilən məlumata görə, görüş kənd orta məktəbinin binasında təşkil olunub. Deputatla görüşə gələn sakinlər əsasən kəndin yolu ilə bağlı məsələ qaldırıblar. Sakinlər bu problemin həllinə köməklik göstərilməsini millət vəkilindən xahiş ediblər. Bu barədə millət vəkili müvafiq qurumlara müraciət edəcəyini bildirib. Məlumat üçün bildirək ki, Külüllü kəndi təbii qaz və içməli su ilə təmin olunub. Deputat kənddə yeni məktəb binasının inşası ilə də tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR