GÜNÜN ŞƏRHİ
Türkiyə sanki ABŞ-la Rusiya arasında seçim edir. Ərdoğanın uğursuz ABŞ səfərindən sonra verdiyi açıqlamalardan bu, aydın hiss olunur. ABŞ Türkiyə ilə münasibətləri normallaşdırmaqda maraqlı deyil, Türkiyə isə Rusiya ilə yenidən yüksək səviyyəli münasibətlər qurmaq istəyir. Ərdoğanın bu fikirləri ən müxtəlif formalarda təkrarlamasının bir səbəbi var. Cümhuriyyət tarixində Türkiyənin heç vaxt eyni vaxtda həm ABŞ, həm Rusiya ilə münasibətləri pis olmayıb. Əksinə əvvəllər SSRİ, indi isə Rusiya ilə münasibətlərin korlanması həmişə Türkiyənin ABŞ-la daha da yaxınlaşmasına səbəb olub. Yaxud əksinə ABŞ-la münasibətlərin korlanması Ankaranı Moskva ilə dost edib. İndi isə situasiya daha fərqlidir. Hər iki tərəflə körpüləri yandıran Ankara iki pisdən daha yaxşısını seçmək istəyir. Bu kontekstdə üstünlüyün Rusiyaya verilməsinin bir neçə səbəbi var. Birincisi, Türkiyə rusların tətbiq etdiyi sanksiyaların ağırlığını öz kürəklərində hiss etməyə başlayıblar. Turizm şəhərləri bomboşdur, mövsümün ən qızğın dönəminə rəğmən bir sıra otellər turist yoxluğundan hələ də açılmayıb, üstəlik qiymətlərdə 70-80 faiz endirim edilməsinə rəğmən problem həll olunmamış qalır. İkincisi, Rusiyanın təcavüzkar siyasəti Türkiyə üçün siqnal rolunu oynayır. Əgər NATO artıq Rusiyanın Polşanı işğal edə biləcəyi ssenarisi üzərində işləyirsə, eyni təhlükə Türkiyəni də gözləyə bilər. Ankara münasibətləri normallaşdırmaqla belə bir ssenaridən sığortalanmaq istəyir. Üçüncüsü, Qərbə münasibətdə artıq Türkiyə ilə Rusiyanın maraqları üst-üstə düşür və Ankara bu fürsətdən münasibətləri normallaşdırmaq üçün yararlanmaq istəyir. Alınacaqmı?
Vüqar MƏSİMOĞLU
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 13 İyun
![Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 13 İyun](https://apa.az/storage/news/2016/june/13/big/f6f022a7a7589ddffc16b323fa1f0dd5.jpg)
Sosial
Ağcabədidə yol qəzası olub, ölən var
![Kişçay, Şinçay və Ağsuçaydan sel keçir - <span class="red_color">FAKTİKİ HAVA](https://apa.az/storage/news/2024/june/26/big/667bf73b95a8d667bf73b95a8e171940025116df34bd0fa5af79f89f9e2c4c1694ca.jpg)
Kişçay, Şinçay və Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA
![17 yaşlı gənci qəsdən öldürməkdə şübhəli bilinən 2 şəxs tutulub](https://apa.az/storage/news/2024/june/26/big/667bf61d7ccce667bf61d7cccf1719399965667bf61d7cccc667bf61d7cccd.jpg)
17 yaşlı gənci qəsdən öldürməkdə şübhəli bilinən 2 şəxs tutulub
![“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Qəbələ və İsmayıllıda da ictimai dinləmələr keçiriləcək](https://apa.az/storage/news/2024/june/26/big/667bde2b41c9a667bde2b41c9b1719393835667bde2b41c98667bde2b41c99.jpg)