"Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya" enerji halqasının yaradılması müzakirə olunub

"Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya" enerji halqasının yaradılması müzakirə olunub
# 01 avqust 2016 11:33 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakıda "Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya" enerji halqasının yaradılmasının texniki şərtləri müzakirə olunub.

"APA-Economics" xəbər verir ki, müzakirələrdə Rusiyanın "Rosseti", "İnter RAO", "Gürcüstanın Dövlət Elektrik Sistemi"nin və "Azərenerji" ASC-nin rəsmiləri iştirak edib.

Tədbirdə həmçinin sözügedən haqla vasitəsilə elektrik enerjisinin nəqlinin tənzimlənməsi mexanizmi müzakirə olunub.

Tərəflər yuxarıda qeyd edilən məsələlərlə bağlı informasiya mübadiləsinin aparılmasına dair razılıq əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR