Ukrayna, Fransa və Almaniya rəhbərləri arasında telefon danışığı olub

Ukrayna, Fransa və Almaniya rəhbərləri arasında telefon danışığı olub
# 06 iyun 2016 23:46 (UTC +04:00)

Bakı – APA. Ukrayna, Fransa və Almaniya rəhbərləri – Pyotr Poroşenko, Fransua Olland və Angela Merkel arasında növbəti telefon danışığı olub.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti bildirib.

Söhbət zamanı P.Poroşenko qeyd edib ki, Donbasda atəşkəsin mütəmadi olaraq pozulması siyasi nizamlama prosesinə mənfi təsir göstərir.

İyunun 6-da Minskdə, üçtərəfli Təmas qrupunun iclasında Ukrayna hərbçilərinin mövqelərinin atəşə tutulması hallarının artdığı bildirilib. Qeyd olunub ki, may ayında Donbasda atəşkəs rejiminin pozulması nəticəsində 26 Ukrayna hərbçisi həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR