Zərdabda iki mərtəbəli binada yanğın olub

Zərdabda iki mərtəbəli binada yanğın olub
# 29 avqust 2015 20:33 (UTC +04:00)

Bakı-APA. Zərdabda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Zərdab şəhərində vətəndaşa məxsus hal-hazırda istismara yararsız ümumi sahəsi 442 kv.m olan 2 mərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisində yığılmış məişət tullantıları 150 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR