“Cənub Qaz Dəhlizi”nin 101 mln. dollar həcmində istiqrazlarının yerləşdirilməsinə başlanılıb

“Cənub Qaz Dəhlizi”nin 101 mln. dollar həcmində istiqrazlarının yerləşdirilməsinə başlanılıb
# 24 sentyabr 2014 08:16 (UTC +04:00)

Bakı-APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) “Cənub Qaz Dəhlizi” QSC-nin faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının yerləşdirilməsinə başlanılıb.

BFB-dan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 101 mln. 120 min ABŞ dolları, yerləşdiriləcək istiqrazların sayı 1 mln. 11,2 min ədəd, bir istiqrazın nominal dəyəri isə 100 dollardır. İstiqrazların tədavül müddəti 10 il, istiqraz üzrə gəlirlilik isə 6 ay LİBOR + 1% təşkil edir.

Yerləşdirmədə anderrayter kimi “PSG Broker” MMC çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR