Azərbaycan Türkiyəyə qaz ixracını 13%-dən çox artırıb

Azərbaycan Türkiyəyə qaz ixracını 13%-dən çox artırıb
# 24 noyabr 2016 11:41 (UTC +04:00)

Bu ilin sentyabr ayında Azərbaycandan Türkiyəyə 519,25 mln. kubmetr təbii qaz ixrac eduib.

APA-Economics”in Türkiyənin Enerji Bazarını Tənzimlənməsi İdarəsinə istinadən məlumatına görə, bu, 2015-ci ilin sentyabr ayı ilə müqayisədə 13,25% çoxdur.

Azərbaycan Türkiyənin qaz ixrac edən ölkə kimi 17,26% paya malikdir.

Ümumilikdə isə Türkiyə bu ilin sentyabr ayında 3 mlrd. 684 mln. kubmetr qaz idxal edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 18,4% azdır. Bu ölkəyə ən çox qaz ixrac edən ölkə Rusiyadır. Bu ilin sentyabr ayında Rusiyadan Türkiyəyə 1 mlrd. 507 mln. kubmetr təbii qaz ixrac edilib.

Ötən ay İrandan bu ölkəyə 518 mln. kubmetr qaz ixrac edilib.

İdxalın 2 mlrd. 545 mln. kubmetr həcmi boru xətləri, 462 mln. kubmetri isə LNG daşıyıcıları vasitəsilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR