Müasir İncəsənət Muzeyində britaniyalı rəssamın “Qeyb olan qadın” adlı sərgisi açılıb - FOTOSESSİYA

Müasir İncəsənət Muzeyində britaniyalı rəssamın “Qeyb olan qadın” adlı sərgisi açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 10 mart 2015 19:28 (UTC +04:00)

Bakı-APA. Martın 10-da Müasir İncəsənət Muzeyində britaniyalı rəssam Sara Nill-Consun “Qeyb olan qadın” adlı sərgisi açılıb.

APA-nın verdiyi xəbərə görə, açılış mərasimində muzeyin icraçı direktoru Xəyyam Abdinov rəssamın yaradıcılığından danışıb.

“Qeyb olan qadın” layihəsinin məqsədi Azərbaycanda müvəqqəti yaşayan əcnəbi qadınlar arasında coğrafi yerdəyişmənin təsirini öyrənmək, həmçinin yerli qadınlar arasında əcnəbi qadınların obrazı haqqında təsəvvürü müəyyən etməkdir.

Tədbirdə çıxış edən rəssam Sara Nill-Cons sərginin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Müasir İncəsənət Muzeyində təqdim olunan sərgidə rəssamın 100-dək rəngkarlıq əsəri, 1 səsli və 1 video installyasiya nümayiş olunur.

Qeyd edək ki, iştirakçı qadınlar layihədə qatılmağa könüllü şəkildə razılıq veriblər. Sorğu 6 ay ərzində - 2013-cü ilin sentyabrından 2014-cü ilin fevral ayınadək davam edib.

Sara Nill-Consun əsərləri Böyük Britaniya, Norveç, Fransa, Anqola, Koreya Respublikası və Türkiyənin məşhur qalereyalarında, fərdi və qrup sərgilərində nümayiş etdirilib. Son dövrlərdə isə yaşadığı və işlədiyi Azərbaycanda yaradıcılıq fəaliyyətini davam etdirir.

Sara Nill-Consun Bakıdakı fərdi sərgisi aprelin 1-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR