Füzulidə silahlı insident olub, xəsarət alan var

Füzulidə silahlı insident olub, xəsarət alan var
# 27 may 2017 12:21 (UTC +04:00)

Füzulidə silahlı insident olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 26-da Füzuli rayonunun Araz Yağlıvənd kəndi ərazisində kənd sakini Niyaməddin Hümbətov xuliqanlıq zəminində rayon sakinləri Fəxri Balakişizadə və Əliabbas Musayevin olduğu istiqamətdə tüfəngdən atəş açıb. Bu zaman yaxınlıqda dayanan həmkəndlisi Mütəllim Muradov əlindən xəsarət alıb.

N. Hümbətov Füzuli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb və ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “Maqnum” markalı ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR