Bu ilin iki ayında 12 sığorta şirkəti sığorta ödənişlərini azaldıb

Bu ilin iki ayında 12 sığorta şirkəti sığorta ödənişlərini azaldıb
# 18 mart 2015 13:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-fevral aylarında həyata keçirilmiş sığorta ödənişlərinin məbləğinə görə də lider “Paşa Sığorta” şirkəti olub. hesabat dövründə şirkət 4,78 mln. manat ödəniş edib.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, sonrakı yerləri tutmuş “Atəşgah Sığorta”nın ödənişləri 2,29 mln. manat, “AXA MBASK”ın ödənişləri isə 1,96 mln. manat olub. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “Atəşgah Həyat Sığorta” şirkəti (1,94 mln. manat) və “Azərsığorta” DSKŞ (1,84 mln. manat) tamamlayır. Ümumilikdə, ödənişlərin təxminən 53%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 12,8 mln. manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (28,7 min manat), “Günay Sığorta” (11,0 min manat), “İpək Yolu Sığorta” (7,9 min manat), “Çartis Azərbaycan” (3,9 min manat) və “Azərqarant” (1,1 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 54 min manat olub ki, bu da ödənişlərin 0,2%-ni təşkil edir.

Ümumilikdə 27 sığorta şirkətindən 10-da 1 mln. manatdan çox, 4 şirkətdə 500 min manatdan 1 mln. manata qədər, 8 şirkətdə 100 min manatdan 500 min manata qədər, 5 şirkətdə isə 100 min manatdan da aşağıdır.

Hesabat dövründə şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR