Sumqayıtda kafenin yanması nəticəsində nənə və iki nəvəsi tüstüdən zəhərlənib - YENİLƏNİB

Sumqayıtda kafenin yanması nəticəsində nənə və iki nəvəsi tüstüdən zəhərlənib - <span style="color: red;">YENİLƏNİB
# 29 oktyabr 2016 09:44 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş vermiş yanğın barədə məlumat yayıb. APA-nın DİN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, oktyabrın 29-da saat 02 radələrində Sumqayıt şəhərindəki binalardan birinin birinci mərtəbəsində yerləşən, şəhər sakini Tehran Əsgərova məxsus kafedə yanğın baş verib.

Nəticədə kafenin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, həmin binanın 2-ci mərtəbəsində yaşayanlar Töhrə Məmmədova, nəvələri Məryəm və Mədinə tüstüdən zəhərlənmə ilə xəstəxanaya gətirilib, onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

***

saat 09.02

Sumqayıt şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 150 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan bitişik tikilmiş sahəsi 200 m2 olan kafenin tavanı 25 m2 sahədə əriyib.

Yanğın zamanı yaşayış binasından 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub, 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilib. Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR