Kür çayında suyun səviyyəsi qalxıb

Kür çayında suyun səviyyəsi qalxıb
# 10 fevral 2012 12:16 (UTC +04:00)
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hazırda Böyük və Kiçik Qafqazın çaylarında sululuq ongünlük normanın 120-160, Lənkəran-Astara bölgəsi çaylarında 50-100, Naxçıvan MR çaylarında isə 25-30 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 130 kubmetr/samiyə olmaqla, ongünlük normanın 78 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 66 kubmetr/saniyə olmaqla, ongünlük normanın 96 faizini təşkil edir.

Fevralın 3-dən etibarən Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 66, Şirvanda 48, Salyanda 32, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində isə 48 santimetr artıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 618, Şirvanda 502, Bankədə 332, Araz çayının Novruzlu məntəqəsində isə 320 santimetr təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR