İstirahət günləri Azərbaycanda baş verən yol qəzalarında 5 nəfər ölüb

İstirahət günləri Azərbaycanda baş verən yol qəzalarında 5 nəfər ölüb
# 04 iyun 2012 07:36 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. İstirahət günləri Azərbaycanda baş verən yol qəzalarında 5 nəfər ölüb. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, şənbə və bazar günləri respublikanın avtomobil yollarında 21 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

Yol qəzalarının böyük əksəriyyəti sürət həddinin aşılması nəticəsində meydana gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR