Klinton: «ABŞ hələ də Suriya müxalifətinin mahiyyətini anlamır»

Klinton: «ABŞ hələ də Suriya müxalifətinin mahiyyətini anlamır»
# 01 mart 2012 03:46 (UTC +04:00)
Bakı-APA. ABŞ dövlət katibi Hillari Klinton etiraf edib ki, Birləşmiş Ştatlar hələlik Suriya müxalifətinin mahiyyətini anlaya bilmirlər.

ABŞ Konqresinin alt komitələrinin birində dinləmələrdə çıxış edən Klinton Liviyadakı ötənilki vəziyyətlə Suriyadakı hazırkı vəziyyəti və iki ölkənin müxalifətini müqayisə edib.

«Liviyada müxalifət müəyyən ərazini nəzarəti altında saxlayırdı. Onun xarici aləmlə diplomatik əlaqə yaradan nümayəndələri və döyüşçüləri var idi. Biz onlarla görüşə, onları nəzərdən keçirə və onlara suallar verə bilirdik. Lakin əgər «Əl-Qaidə» nümayəndəsi Ayman əz-Zəvahiri Suriya müxalifətini dəstəkləyirsə və biz də Suriya müxalifətini silahlandırmaq istəyiriksə, kimi silahlandırdığımız barədə düşünməliyik. Həmçinin atıcı silahların artilleriya və tanklara qarşı neyləyə biləcəyini də fikirləşməliyik», deyə Klinton bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR