Azərbaycanın bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 23 sentyabr 2014 09:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması, həmçinin yeni quraşdırılmış ölçü qovşağının şəbəkəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 13:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 13:00-dan 15:00-dək Şirvan şəhərinin bir hissəsinə, saat 16:00-dək Xəzər rayonunun bir hissəsinə, eyni zamanda sentyabrın 23-24-ü il tarixilərində Şamaxı şəhəri də daxil olmaqla rayonun bir hissəsinə və Qobustan rayonunun Xilmilli kəndinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR