“DəmirBank”da “Cashback” aksiyası davam edir

“DəmirBank”da “Cashback” aksiyası davam edir
# 31 oktyabr 2014 12:23 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “DəmirBank”ın 2014-cü ilin avqust ayından etibarən “VISA Gold” və “VİSA Platinum” kart sahibləri üçün tətbiq etdiyi xərclənmiş vəsaitlərin bir hissəsinin geri ödənişi (Cashback) aksiyası davam edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu aksiya “DəmirBank”ın “VISA Gold” və “VİSA Platinum” kart sahibləri üçün keçirdiyi 3-cü aksiyadır. Aksiyanın ilk mərhələləri 2012-ci və 2013-cü illərdə həyata keçirilib.

Aksiyanın şərtlərinə əsasən, kart sahiblərinin Azərbaycanda və dünyanın istənilən ölkəsində bu kartlar vasitəsilə apardığı nağdsız ödənişlərin müəyyən hissəsi kart hesabına geri qayıdır (Cashback / geri ödəmə xidməti). “VISA Gold” sahibləri nağdsız dövriyyələrinin 0,7%-ni, “VISA Platinum” sahibləri isə 1,5%-ni qazanırlar. Aksiya üzrə hesablaşmalar hər ay həyata keçirilir və kart sahibi bu barədə SMS-bildiriş alır. Bu aksiya nağd pul əməliyyatlarına və kartdan karta pul (Card-to-Card) köçürmələrinə şamil olunmur.

“DəmirBank” kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətlərini, billpay.demirbank.az səhifəsində kart vasitəsilə kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və s. xidmətləri təqdim edir. “DəmirBank”ın kart sahibləri “İl Boyu Endirimlər” proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilər. “DəmirBank” Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) kartlar təqdim edir.

Ölkənin ilk kommersiya bankı olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. “DəmirBank” Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR