Bakıda avtomobil orta məktəb şagirdini vuraraq öldürüb

Bakıda avtomobil orta məktəb şagirdini vuraraq öldürüb
# 09 oktyabr 2012 09:18 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda orta məktəb şagirdini maşın vurub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini Rafiq Məhərrəmov idarə etdiyi "Mercedes" markalı maşınla yolu keçmək istəyən, 9-cu sinif şagirdi Adil Kərimovu vurub. Nəticədə məktəbli aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR