Meksikada hərbçilərlə quldurlar arasında baş vermiş atışmada 12 nəfər həlak olub

Meksikada hərbçilərlə quldurlar arasında baş vermiş atışmada 12 nəfər həlak olub
# 03 may 2012 00:57 (UTC +04:00)
Bakı-APA. Meksikanın qərbindəki Sinaloa ştatında ordu hissələri və quldurlar arasında baş vermiş şiddətli atışma 12 nəfərin həlak olması ilə nəticələnib. Bu barədə Sinaloa ştatının prokurorluğu məlumat yayıb.

İlkin məlumata görə, quldurlar yolda hərəkət edən hərbi patrula hücum ediblər. Baş verən atışma nəticəsində 10 quldur və 2 hərbçi həlak olublar. Döyüşdə iri çaplı silahlardan və qumbaralardan istifadə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR