Azərbaycan paytaxtının əsas prospekti bağlanıb

Azərbaycan paytaxtının əsas prospekti bağlanıb
# 15 may 2012 14:43 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda Böyükşor yol qovşağına daxil olan asma körpünün inşasının ikinci mərhələsi tamamlanır və bununla əlaqədar Heydər Əliyev prospektinin 500 metr olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb: «Yolun bağlanması asma körpünün aşırım qurğusunun müvəqqəti dayaqlarının sökülməsinin aparılması ilə əlaqədardır. Dayaqların sökülməsi bir neçə gün davam edəcək və avtomobil yolu maksimum iki gün bağlı olacaq».

P.Mürsəliyev onu da bildirib ki, Böyükşor yol qovşağına daxil olan digər yollar əvvəlki qaydada işləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR