İspaniyanın “Repsol” şirkəti Argentinanın YPF şirkətinə investisiya qoyan şirkətləri məhkəməyə verəcək

İspaniyanın “Repsol” şirkəti Argentinanın YPF şirkətinə investisiya qoyan şirkətləri məhkəməyə verəcək
# 23 aprel 2012 10:41 (UTC +04:00)
Bakı - APA-Economics. İspaniyanın “Repsol” neft-qaz şirkəti əsas səhmdarı olduğu Argentinanın YPF şirkətinə investisiya qoymağa çalışan istənilən şirkəti məhkəməyə verəcəyini bəyan edib.

APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, bu bəyanat YPF-in öz şist qazı mənbələrinin mənimsənilməsi üçün vəsait cəlb etmək planlarına zərbə vura bilər.

Argentina şist qazı yataqlarının həcminə görə ABŞ və Çindən sonra dünyada üçüncü yeri tutur.

Qeyd edək ki, 1922-ci ildə yaradılan “Yacimientos Petroliferos Fiscales” (YPF) uzun illər dövlət şirkəti olub, 1990-cı illərin əvvəlində isə şirkətin özəlləşdirilməsinə başlanıb. 1999-cu ildə YPF tamamilə “Repsol” şirkətinin nəzarətinə keçib. Hazırda İspaniya şirkəti YPF-nin səhmlərinin 57%-nə sahibdir. Ötən həftə Argentina prezidenti Kristina Fernandes de Kirşner şirkətin milliləşdirilməsi haqqında qanun layihəsini parlamentə təqdim edib. Buna cavab olaraq İspaniya Argentinadan biodizel idxalını dayandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR