Azərbaycanda silsilə oğurluqlar törədən Türkiyə vətəndaşı həbs edilib

Azərbaycanda silsilə oğurluqlar törədən Türkiyə vətəndaşı həbs edilib
# 04 avqust 2014 10:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda silsilə oğurluqlar törədən Türkiyə vətəndaşı həbs edilib. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində oğurluq etməkdə təqsirli bilinən Roman Moskalyov və Türkiyə vətəndaşı Kutlu Alı Riza Hamit oğlu tutulub. Onların ətrafında aparılmış əməliyyat tədbirləri ilə adıçəkilən şəxslərin Bakı şəhər sakinləri Nicat Abdullayevə, Xəyalə Aslanovaya, Samirə Qocayevaya və Emil Ramazanova məxsus avtomobillərdən pul, sənəd, qızıl və məişət əşyaları, habelə İsaabdulla Quliyevə və Təranə Hümmətovaya məxsus velosipedləri oğurlamaları müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR