Fəlsəfə doktorlarının hazırlanması proqramı üzrə təhsil alanların 59 faizini 30 yaşadək gənclər təşkil edir

Fəlsəfə doktorlarının hazırlanması proqramı üzrə təhsil alanların 59 faizini 30 yaşadək gənclər təşkil edir
# 09 avqust 2014 14:30 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Fəlsəfə doktorlarının hazırlanması proqramı üzrə təhsil alanların ümumi sayının 59 faizini 30 yaşadək gənclər təşkil edir.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, elmlər doktorlarının hazırlanması üzrə təhsil alanların 65 faizini 40 və yuxarı yaşlılar təşkil edir. Fəlsəfə doktoru hazırlayan elmi rəhbərlərin 1403 nəfəri elmlər doktoru, 275 nəfəri isə fəlsəfə doktorları olub.

Fəlsəfə doktorlarının hazırlanması proqramı üzrə təhsil alanların 601 nəfəri Milli Elmlər Akademiyasının, 900 nəfəri Təhsil Nazirliyinin, 53 nəfər Səhiyyə Nazirliyinin, 154 nəfər isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan müəssisələrində təhsillərini davam etdirirlər.

Bu ilin əvvəlində Azərbaycanda elmi tədqiqat və işləmələrlə 22 358 mütəxəssis məşğul olub ki, onlardan da 15 784 nəfərini tədqiqatçılar təşkil edib. Bundan başqa, elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirən, lakin elmi-tədqiqat bölmələrində ştatda olmayan 10 077 elmi pedaqoji işçi ali təhsil müəssisələrində çalışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR