Bank Of Baku

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə intensiv danışıqların davam etdirilməsini istəyir

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə intensiv danışıqların davam etdirilməsini istəyir
# 18 dekabr 2006 10:52 (UTC +04:00)
“Avropa İttifaqı ümid edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə intensiv danışıqlar davam etdiriləcək”. APA-nın xəbərinə görə, bu sözləri Dağlıq Qarabağ separatçılarının lideri Arkadi Qukasyanla İrəvanda keçirdiyi görüşdən sonra Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. O, Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər aktiv danışıqlar prosesinin olmayacağı barədə Robert Köçəryanın bəyanatını şərh etmək istəmədiyini bildirib: “Ancaq mən danışıqlar prosesinin son həftələrdə müşahidə etdiyimiz intensivləşməsinin davam edəcəyinə dair Avropa İttifaqı və bütün beynəlxalq ictimaiyyətin ümidini ifadə etmək istərdim”. P. Semnebi Dağlıq Qarabağa getməməsini bir neçə səbəblə əlaqələndirib: “Səbəblərdən biri odur ki, referendum keçirildiyi bit vaxtda ora getməyim müxtəlif cür izah oluna bilərdi. Ancaq bu o demək deyil ki, mən Dağlıq Qarabağa getməyəcəyəm. Çox tezliklə ora səfər etmək niyyətindəyəm və bunun məhsuldar səfər olacağını gözləyirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR