Bank Of Baku

Bernar Fasie: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişənin həllinə dair danışıqlar prosesində iştirak edə bilməz”

Bernar Fasie: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişənin həllinə dair danışıqlar prosesində iştirak edə bilməz”
# 27 yanvar 2007 10:01 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasie Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olmasının mümkünlüyü məsələsinə münasibət bildirərkən deyib. ABŞ, Fransa və Rusiyanın ATƏT çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün tərəflərə yardım etməyə çalışdığını qeyd edən B.Fasie Aİ-nin əlində digər vasitələrin olduğunu bildirib: “Məsələn, Qonşuluq Siyasəti Proqramı. Bu proqram bu və digər konkret layihələrin həyata keçirilməsinə imkan verir. Avropa İttifaqının məhz bu yolla münaqişənin həllinə yardım etməsi mümkündür, danışıqlar prosesinə isə qatıla bilməz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR