Bank Of Baku

İşğal altında olan Azərbaycan ərazilərində hərbi təlim keçən ermənilər öz vertolyotlarını vurublar

İşğal altında olan Azərbaycan ərazilərində hərbi təlim keçən ermənilər öz vertolyotlarını vurublar
# 30 aprel 2008 11:18 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hərbi vertolyotun ermənilərin özləri tərəfindən təlim zamanı yanlış atılan atəş nəticəsində vurulduğu ehtimal edilir. Vertolyotun vurulmasını təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan qarşı tərəfdə və cəbhəyanı kəndlərdə yaşayan əhali də müşahidə edib.
Hadisə nəticəsində ölən və yaralananların olması barədə məlumat almaq mümkün olmasa da, vertolyotun yararsız hala düşdüyü bildirilir.
Qeyd edək ki, ermənilər bir neçə gün əvvəl Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlayıblar. Bu gün saat 12.00 radələrində başlayan təlim zamanı atılan mərmilərin səsi cəbhə xəttində aydın eşidilir. Ermənilərin hərbi təlimləri başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR