Bank Of Baku

BQXK nümayəndələri Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş əsgəri ilə görüşüblər

BQXK nümayəndələri Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş əsgəri ilə görüşüblər
# 30 aprel 2008 12:16 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağ ofisinin nümayəndələri Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələri tərəfindən bu il aprelin 11-də əsir götürülmüş əsgəri Vüsal Heybətovla görüşüblər. Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, aprelin 28-də baş tutan üçüncü görüş zamanı V. Heybətovun saxlanma şəraiti, onunla rəftara dair monitorinq aparılıb. Eyni zamanda əsirə ailəsi ilə məktublaşmağa şərait yaradılıb.
Qeyd edək ki, Qobustan rayonu Xilmilli kənd sakini, 1989-cu il təvəllüdlü Vüsal Heybətov aprelin 11-də Ağdam rayonunun Yusifcanlı kəndi istiqamətində ermənilər tərəfindən əsir götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR