Bank Of Baku

Nizami Bəhmənov: “Erməni deputatlar bəyanat qəbul etməklə Azərbaycan torpaqlarını işğal etdiklərini təsdiqləyiblər”

Nizami Bəhmənov: “Erməni deputatlar bəyanat qəbul etməklə Azərbaycan torpaqlarını işğal etdiklərini təsdiqləyiblər”
# 30 aprel 2008 13:09 (UTC +04:00)
Bunu APA-ya “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Nizami Bəhmənov Ermənistan parlamentinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyanat qəbul etməsinə münasibət bildirərkən deyib. N. Bəhmənovun sözlərinə görə, ermənilər Azərbaycanın müharibə əhval-ruhiyyəsində olduğunu, gec-tez işğal altında olan torpaqları hərbi yolla azad edəcəyini bildiklərindən, özlərini sığortalamaq, beynəlxalq ictimaiyyətə sülhpərvər dövlət kimi görünmək məqsədilə belə bir bəyanat qəbul ediblər: “Bəyanatda bildirilir ki, guya Ermənistan hökuməti və Silahlı Qüvvələri Dağlıq Qarabağdakı bir qrup separatçının təhlükəsizliyinin təminatçısıdır”. N. Bəhmənov bu sənədin qəbul edilməsində Ermənistandakı daxili vəziyyətin də təsiri olduğunu söyləyib: “Ermənistanda vəziyyət o qədər gərgindir ki, əhval-ruhiyyəni, əhalinin, ictimai birliklərin, siyasi partiyaların fikrini müharibəyə yönəltmək məqsədi güdən bir bəyanat qəbul olunub. Bu bəyanatı qəbul etməklə onlar işğalçı siyasətlərini daha da intensivləşdirdiklərini, heç bir konstruktiv danışıqlara getmək istəmədiklərini göstərirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR