Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub
# 01 may 2008 07:09 (UTC +04:00)
Bakı. Gülşən Hacıyeva - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri aprelin 30-da saat 18.40-dan 18.55-dək Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Qaravəlilər kəndi sahəsində yerləşən mövqelərini, saat 17.00-dan mayın 1-i saat 00.22-dək ara-sıra Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuroratkino kəndində yerləşən mövqelərindən, saat 17.10-dan mayın 1-i saat 04.45-dək fasilələrlə Ağdam rayonunun Mərzili, Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 00.00-dan 00.25-dək isə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR