Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 02 may 2008 07:39 (UTC +04:00)
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 1-də saat 13.30-dan 17.40-dək ara-sıra Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, mayın 2-də saat 06.15-dən saat 06.20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, mayın 2-də saat 01.05-dən sat 01.30-dək fasilələrlə Xocavənd rayonu Kuropatkino kəndində yerləşən mövqelərindən, mayın 1-də saat 13.40-dan mayın 2-si saat 00.05-dək fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, mayın 2-də saat 01.35-dən saat 02.20-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR