Bank Of Baku

Ermənilər atəşkəsi bir neçə istiqamətdə pozublar

Ermənilər atəşkəsi bir neçə istiqamətdə pozublar
# 21 may 2008 07:25 (UTC +04:00)
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 20-də saat 14.55-dən 23.50-dək fasilələrlə Ermənistanın Berd rayonunun Çinari və Mosesqex kəndləri sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 10.15-dən 11.00-dək Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 17.20-dən 17.35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, mayın 21-də saat 00.01-dən 00.20-dək ara-sıra Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 00.01-dən 00.15-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığnda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR