İndoneziyanın Azərbaycandakı səfiri: “İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2-3 milyard dollara çatdırıla bilər”

İndoneziyanın Azərbaycandakı səfiri: “İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2-3 milyard dollara çatdırıla bilər”
# 17 avqust 2013 11:51 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto bildirib.

Onun sözlərinə görə, hər iki dövlət müxtəlif sahələrdə bir birinə dəstək verirlər: “Biz yalnız siyasi əlaqələri deyil, digər sahələrdə də əlaqələrimizi inkişaf etdirməliyik. Azərbaycanla İndoneziya arasında ticarət əlaqələri inkişaf etməkdədir. Bizim ticarət dövriyyəmiz demək olar ki 1 milyard dolları keçib, bu rəqəm 2-3 milyard dolları da keçə bilər. Biz bunun üçün çalışırıq”.

P. Atiyanto ikitərəfli mədəni əlaqələrin də inkişaf etməsini vurğulayıb: “Azərbaycan Dillər Universitetində artıq İndoneziya Araşdırmalar Mərkəzi fəaliyyət göstərir. Bu da əlaqələrin inkişaf etdirilməsində əsas amillərdəndir”.

İndoneziyada Azərbaycan tərəfindən tikilməsi planlaşdırılan neft emalı zavodu barədə toxunan səfir bildirib ki, iki ölkə arasında əsasən neft və qaz sahəsində əlaqələr güclüdür və zavodun tikintisi iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün çox faydalı ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR