Mingəçevir. Elvin Yaqubov - APA. Azərbaycanda dəm qazı daha bir şəxsin ölümünə səbəb olub. APA-nın xəbərinə görə, hadisə ötən gecə Mingəçevir şəhərində qeydə alınıb. Şəhər sakini, 1983-cü il təvəllüdlü Cəfərova Elnurə İntiqam qızı yaşadığı evin vanna otağında dəm qazından boğulub.
Hadisəyə vanna otağında kustar üsulla quraşdırılan su qızdırıcısından ayrılan dəm qazının səbəb olduğu deyilir. 31 yaşlı E. Cəfərovanın iki övladı var.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.