Seulda Heydər Əliyevin 90 illik yubileyi qeyd olunub - FOTOSESSİYA

Seulda Heydər Əliyevin 90 illik yubileyi qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA
# 09 may 2013 15:56 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Heydər Əliyevin 90 illik yubileyi Koreyanın paytaxtı Seulda qeyd olunub.

Azərbaycanın Koreyadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “SEBA” Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə Seulda keçirilən yubiley mərasimində bu ölkənin dövlət və hökumət rəsmiləri, Dünya Tekvando Federasiyasının prezidenti, Seulda fəaliyyət göstərən diplomatik korpusun, şirkətlərin və ali təhsil ocaqlarının rəhbərləri, burada təhsil alan azərbaycanlı tələbələr, o cümlədən KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları H.Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotosərgi ilə tanış olduqdan sonra səfirliyin müvəqqəti işlər vəkili R.Teymurov çıxış edərək, Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, müasir dövlət quruculuğunda, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında və davamlı iqtisadi inkişafın təmin olunmasındakı xidmətlərindən danışıb.

Sonra Azərbaycan Milli Konservatoriyasının müəllimi Naibə Şahməmmədova Azərbaycanın məşhur bəstəkarlarının əsərlərini, xüsusilə ulu öndərin bəyəndiyi əsərləri pianoda ifa edib. Mərasimin bədii hissəsində Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri də çıxış edib.

Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı xüsusi olaraq hazırlanan rəsmi markalar da tədbir iştirakçılarına paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR