Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Ağdaşda vətəndaşları qəbul edib - VİDEO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Ağdaşda vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 14 sentyabr 2013 10:41 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov sentyabrın 14-də Ağdaş rayonunda vətəndaşları qəbul edib.

APA-nın məlumatına görə xidmət rəisi Göyçay, Ağdaş, Yevlax, Ağsu, Ucar, Tərtər, Bərdə rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləyib.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri əsasən Xidmətə işə qəbul, “Müharibə veteranı” adı və müvafiq vəsiqənin verilməsi, övladlarının hərbi xidmət yerinin dəyişdirilməsi, həqiqi hərbi xidmətdə olanların xəstə uşaqlarının və ailə üzvlərinin müalicəsinə, habelə sosial yardımın alınmasına kömək göstərilməsi, orta məktəblərin təlim silahları ilə təmin edilməsi və digər məsələlərlə bağlı olub.

Vətəndaşların xidmətin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar, eləcə də şəxsi xarakterli müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR