İran və Fransa prezidentləri sentyabrın 24-də görüşəcəklər

İran və Fransa prezidentləri sentyabrın 24-də görüşəcəklər
# 21 sentyabr 2013 07:18 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran və Fransa prezidentləri arasında keçirilməsi planlaşdırılan ilk görüşün tarixi açıqlanıb. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Fransanın Prezident Administrasiyasından bildirilib ki, Fransua Olland həmkarı Həsən Ruhani ilə sentyabrın 24-də BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində bir araya gələcək. Görüşdə İranın nüvə proqramı və Suriya böhranının əsas müzakirə mövzusu olacağı qeyd edilib.

Görüş təşəbbüsü İran prezidentindən gəlib və fransalı həmkarı da onun bu istəyini qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR